“Milan”ı yeni mövsümdə o çalışdıracaq

11 baxış

“Milan”ı tərk edən Massimiliano Alleqrinin xələfi müəyyənləşib. Artıq komandanın yeni baş məşqçisi təyin olunub.

Liga.az xəbər verir ki, İtaliya nəhəngini bundan sonra Ruben Amorim çalışdıracaq. 41 yaşlı portuqaliyalı mütəxəssis “Milan” ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılaşıb. Razılaşmada əməkdaşlığın müddətinin sonradan bir mövsüm uzadılma variantı da nəzərdə tutulub.

Amorimin sonuncu iş yeri “Mançester Yunayted” olub. O, bu komandaya 2024-cü ilin noyabrından bu ilin yanvarına qədər rəhbərlik edib.