«Qusar Dağları»nın baş məşqçisi: «Hədəf Premyer Liqadır»
Vüqar Əlimərdanov yeni klubunda seleksiya işlərinə başladıqlarını və qusarlı azarkeşlərlə görüş planlaşdırdıqlarını deyib.

«Qusar Dağları» klubunun yeni baş məşqçisi Vüqar Əlimərdanov komandanın hədəfinin Premyer Liqa olduğunu bildirib. Təcrübəli mütəxəssis idman kanalının «Meydan söhbəti» verilişinə qonaq olarkən yeni kluba baş məşqçi təyin edilməsi prosesindən danışıb, bir çox maraqlı məqamlara toxunub.
Müqavilə imzaladıqdan sonra seleksiya işlərinə başlamışıq. Klub rəhbərliyi Premyer Liqaya yüksəlmək üçün hər cür dəstəyi göstərəcək. Hədəf Premyer Liqadır. Günümüz klubun ofisində keçir. Çalışırıq ki, gənc perspektivli futbolçular seçək ki, növbəti mövsüm də bizimlə bərabər olsunlar. Bununla yanaşı təcrübəli futbolçu seçimlərimiz də var. Qarşıdakı günlərdə ictimaiyyətə açıqlanacaq. Qusarlı azarkeşlərin dəstəyinə ehtiyacımız var. Yaxın günlərdə onlarla görüş təşkil etməyi planlaşdırırıq.
Mütəxəssis ötən mövsüm Premyer Liqada çalışdırdığı «Kür Dalğası» klubundan ayrılıq səbəblərindən də danışıb, bir sıra vacib məqamlara toxunub.
Verilişdə Premyer Liqada başa çatan mövsüm də müzakirə olunub. Vüqar Əlimərdanov «Xəzər Sahili»nin çempionluğundan bəhs edərkən «Neftçala Ulduzu»nun avrokuboklardakı uğurlu çıxışından ağızdolusu danışıb, neftçalalıların sabiq baş məşqçisi Rasim Hüseynlinin ölkə futbolunun reytinqi üçün gördüyü işləri qeyd edib.
Teqlər
Şərhlər 0
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.


