Avropa Liqası: "Qarabağ" püşkatmanı gözləyir
30 baxış
UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilək. Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya) komandaları yer alıb.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.










