Aleksey Kaşuk tezliklə «Qarabağ»ı tərk edə bilər.
Aleksey Kaşuk tezliklə «Qarabağ»ı tərk edə bilər. Ukraynalı legionerə özünə yeni komanda tapmaq icazəsi verilib. 26 yaşlı vingerin həm özüylə, həm də meneceriylə bu yöndə hərtərəfli söhbət edilib.
Bildirilib ki, onun xidmətinə maraq göstərən real müştəri ortalığa çıxarsa, danışıqlar aparmağa hazırdırlar. Hətta «köhlən atlar» maliyyə şərtlərində qarşı tərəfə müəyyən güzəştlər etməyə hazırdır.
“Şaxtyor”un (Donetsk) yetirməsi 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət millilər arasında keçirilən dünya çempionatının qalibi olub.
Aleksey Kaşuk Qarabağ üçün faydalıdırmı?

Müəllif
Anar Guliyev
@anarguliyev










